Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cənubi Koreyada bombalı insident: İki zabit vəzifədən uzaqlaşdırıldı
Cənubi Koreya Silahlı Qüvvələri təlimlər zamanı qırıcı eskadrilyanın səhvən yaşayış məntəqəsinə bomba atmasına görə məsuliyyət daşıyan Hərbi Hava Qüvvələrinin polkovnikini və polkovnik-leytenantını vəzifəsindən azad edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib.
Məlumata görə, xidmətdən xaric edilməsi üçün əsas kimi xidməti vəzifələrin kobud şəkildə pozulması və kifayət qədər nəzarətin olmaması göstərilir.
Xatırladaq ki, martın 6-da Cənubi Koreyaya məxsus iki "KF-16" qırıcı təyyarəsi təlimlər zamanı Phoçhon şəhərinin İdonq rayonundakı Noqok kəndinə 8 bomba atıb. Bombalar küçəyə düşüb və bir neçə binaya, o cümlədən kilsəyə ziyan vurub.
Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisənin pilotun səhvi ucbatından, onun uçuşa hazırlaşarkən hədəf koordinatlarını səhv daxil etməsi səbəbindən baş verdiyini bildirib. Nəticədə 14-ü hərbçi olmaqla, 29 nəfər yaralanıb. Yenilənmiş məlumata görə, yaralanan mülki şəxslərin sayı 19-a çatıb.