Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cənubi Koreya səhvən yaşayış məntəqələrini bombaladı: Yaralıların sayı artdı
Cənubi Koreyada yaşayış evlərinə təsadüfən raket atılması nəticəsində yaralananların sayı 15 nəfərə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Cənubi Koreyanın "Çosun İlbo" nəşri məlumat verib.
Məlumata görə, iki nəfər ağır, 13 nəfər isə yüngül xəsarət alıb.
"Hələ ki xəstələrdə ürək dayanması və ya huşunu itirmə halları qeydə alınmayıb. Hadisə nəticəsində iki hərbçi yaralanıb və xəstəxanaya yerləşdirilib", - deyə ölkənin təcili yardım xidmətlərindən bildirilib.
Bundan əlavə, səlahiyyətlilər beş evin, anbarın, hərbi kilsənin, istixananın və yük maşınının zədələndiyini təsdiqləyiblər.
Cənubi Koreyanın Phoçhon şəhərində hərbi təlim zamanı yaşayış binasına raket düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib.
Məlumata görə, hadisə nəticəsində azı yeddi nəfər xəsarət alıb. Zərərçəkənlərin hamısı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Qeyd olunur ki, Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə səhvən yaşayış məntəqəsini bombalayıb.
"KF-16" qırıcı təyyarəsi təlimlər zamanı şəhərdəki təlim meydançasından kənara səkkiz bomba atıb.
Həmçinin bu zaman bir kilsə və altı bina da dağılıb.
Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb və dəymiş ziyana görə üzr istəyib.
"Hərbi təlimlər" teqi üzrə xəbərlər
- Cənubi Koreyada döyüş atışları ilə bağlı bütün təlimlər dayandırıldı
- Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçiblər
- Gürcüstan-NATO təlimlərində Azərbaycan hərbçiləri də iştirak edəcəklər
- Türkiyə MN: "Tək ürək, tək bilək, tək yumruq" olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik"
- İran kütləvi hərbi təlimlərə başlayır