Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Cənubi Koreyada yanğınları söndürməyə gedən helikopter QƏZAYA UĞRADI: Ölənlərin sayı artıb
Cənubi Koreyada meşə yanğınlarının tüğyan etdiyi Uison mahalında helikopter qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
Bildirilir ki, "Sikorsky S-76" helikopteri meşə yanğınlarının lokallaşdırılması tapşırığını yerinə yetirirdi. Göyərtədə təkcə pilot olub, o, qəza nəticəsində həyatını itirib.
Bununla əlaqədar olaraq, Koreya Respublikasının Meşə Xidməti ölkə ərazisində meşə yanğınları zonalarında uçuşları qadağan edib.
Son məlumatlara görə, təbii fəlakətdən ölənlərin sayı 24 nəfərə çatıb.
Cənubi Koreyada altı gündür davam edən meşə yanğınları nəticəsində 18 nəfər həlak olub, 23 min nəfər təxliyə edilib.
Oxu.Az-ın inbusiness.kz-a istinadla verdiyi məlumata görə, bu barədə prezident səlahiyyətlərini müvəqqəti icra edən Han Dok Su bildirib.
O, bunları ölkə tarixinin ən dəhşətli yanğınları adlandırıb.
Bundan əlavə, altı nəfər ciddi yaralanıb, 13 nəfər isə yüngül xəsarət alıb. Alov ümumilikdə 17 min hektardan çox meşə sahəsini və 209 obyekti məhv edib.
Yerli mediada yayılan məlumata görə, yanğınlardan biri bütöv bir kəndi əhatə edib və 681-ci ildə tikilmiş qədim məbəd tamamilə yanıb. Ölənlərin sayı da məhz bu fəlakətdə kəskin artıb - bundan əvvəl altı nəfərin həlak olduğu bildirilib.
Hökumət həyəcan səviyyəsini ən yüksək həddə qaldırıb və yanğınları nəzarətdə saxlamaq üçün "tam miqyaslı milli cavab tədbirləri" elan edib.
Quru hava yanğınlarının lokallaşdırılması səylərini çətinləşdirir, saniyədə 25 metr sürətə çatan güclü külək helikopter və pilotsuz uçuş aparatlarından istifadə əməliyyatlarını dayandırmağa məcbur edib, bu səbəbdən zərər çəkmiş rayonlardakı saxlama mərkəzlərindən minlərlə məhbusun təxliyə edilməsi barədə qərar qəbul edilib.
Çərşənbə axşamı hakimiyyət turistlər arasında populyar olan UNESCO-nun dünya irsi obyekti - Hahve Xalq Kəndi üçün fövqəladə xəbərdarlıq elan edib.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada ofis işçilərindən hər gün duş qəbul etmələri istənildi: "Düşünməyin ki, qoxu gəlmir"
- Cənubi Koreyalı futbolçu 37 yaşında vəfat edib
- Cənubi Koreya KXDR-i izləmək üçün orbitə yeni peykini göndərdi
- Odsaçanla yaşayış evinə soxularaq dəhşət yaşatdı - Cənubi Koreyada faciə
- Cənubi Koreyada HHQ-nin bütün uçuşları dayandırıldı