Çexiyada yanacaqdoldurma məntəqələrində (YDM) benzinin qiyməti son dörd il ərzində ən yüksək göstəriciyə qədər artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çexiyanın CCS kommersiya şirkəti məlumat yayıb.
Şirkətin məlumatına əsasən, ölkədə ən çox tələbat olan "Natural 95" markalı benzinin 1 litrinin orta qiyməti 44.22 kron (təxminən 2.2 dollar) təşkil edib. Bu rəqəm 2022-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
Dizel yanacağı isə orta hesabla 1 litr üçün 47.79 krona (təxminən 2.4 dollar) satılır. Qeyd olunur ki, ölkədə dizel yanacağı bundan əvvəl 2026-cı ilin aprelində daha baha olmuşdu.
CCS-in hesabatına görə, son bir həftə ərzində ölkədə 1 litr avtomobil yanacağı təxminən iki kron (0.9 dollara yaxın) bahalaşıb. Bu göstərici həm benzinə, həm də dizel yanacağına aiddir.