Çexiyada ildırım vurması nəticəsində beşi uşaq olmaqla altı nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə TK agentliyi respublikanın xilasetmə xidmətinin mətbuat katibi Petra Kafkovanın açıqlamasına əsasən məlumat yayıb.
Hadisə yay istirahəti üçün nəzərdə tutulmuş uşaq düşərgəsində qeydə alınıb.
Məlumata görə, qrupu müşayiət edən kişi ildırım vurması nəticəsində huşunu itirib. Tibb işçisi tərəfindən onun bədənində elektrik cərəyanının fəsadları aşkar edilib. Yaralılar dərhal yaxınlıqdakı tibb müəssisələrinə yerləşdiriliblər.
Qaynar xətt:
(055) 224 12 12