Çexiyanın keçmiş Baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif siyasi hərəkat olan Narazı Vətəndaşların Fəaliyyətinin seçkiqabağı mitinqində hücuma məruz qalıb.
Oxu.Az bu barədə ČTK agentliyinə istinadla xəbər verir.
"Kimsə onun başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra o, tibbi yardım üçün xəstəxanaya gedib", - deyə məlumatda bildirilir.
Polis hücum edən şəxsi saxlayıb. İnsident zamanı bir qadın da xəsarət alıb.