"ABŞ-də gənclər qeyri-leqal miqrantlara görə ev ala bilmirlər".
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində bəyan edib.
"Gənclərin bir çoxu deyir: "Mənzil çox bahadır". Niyə? Çünki biz ölkəni 30 milyon qeyri-leqal miqrantla doldurmuşuq", - deyə vitse-prezident bildirib.
C.D.Vens gələcəkdə prezident vəzifəsinə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı bildirib ki, bu məsələni Prezident Donald Trampla yalnız bir il sonra - 2026-cı ilin noyabrında aralıq seçkidən sonra müzakirə edə bilər.