"ABŞ Prezidenti Donald Tramp yaşına baxmayaraq 20 saat oyaq qala bilir".
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalına müsahibəsində ölkənin vitse-prezidenti Cey Di Vens danışıb.
Vensin sözlərinə görə, 79 yaşlı prezident uzun səfərə çıxanda çox vaxt heç yatmır.
"Əgər biz 20 saatlıq bir səfərə çıxırıqsa, o bütün bu müddət ərzində yatmır", - deyə vitse-prezident bildirib.
Onun sözlərinə görə, prezident öz komandasına da sərt tələblər qoyur və işə tam köklənməyi tələb edir: "Əgər o yatmayıb işləyirsə, başqalarının da eynən bu şəkildə işləməsini gözləyir. Yəni bu adamın enerji həqiqətən də ağlasığmazdır".
Vens, həmçinin bildirib ki, Trampın sağlamlığı tam qaydasındadır. "Prezident çox sağlamdır. Əgər mən Bayden dövründə işləsəydim, hər gün narahat olardım", - deyə o bildirib.
Daha əvvəl ABŞ mediasında prezidentin səhhətində problemlər haqqında məlumatlar yayılıb. Tramp bu məlumatları rədd edərək onları "ağ yalan" adlandırıb. O bildirib ki, özünü həmişəkindən daha yaxşı hiss edir.