Fransada “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına hücumla bağlı araşdırmada iştirak edən polis komissarı Erlik Fredu özünü öldürüb. Bu barədə France 3 telekanalı məlumat yayıb.
Oxu.Az-ın məlumatına görə, Fredu kabinetində tabel silahı ilə özünü güllələyib.
Sui-qəsddən əvvəl o, jurnalın redaksiyasında öldürülənlərdən birinin ailəsi ilə görüşüb.
Hazırda araşdırmalar aparılır.