Sakit okeanda, Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təbii fəlakətin episentri təxminən 3 300 nəfər əhalisi olan Anqa Roa şəhərindən 896 kilometr cənubda olub.
Zəlzələnin ocağı iki kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan olunmayıb.
Mənbə: Emsc.eu
Rəylər