Çilidə hüquq-mühafizə orqanları əməkdaşları 15 milyon dollar dəyərində 770 kq narkotik müsadirə ediblər. Bu barədə Aguasdigital.com portalı bildirib.
Yerli hakimiyyətin məlumatına əsasən, “Konkistador” adlı əməliyyat zamanı polislər dörd nəfəri, o cümlədən də narkokartelin başçısını həbs ediblər. Bundan başqa, 25 kisə narkotikin daşındığı yük maşını saxlanılıb, Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
Polislər dəqiqləşdiriblər ki, üç ay müddətində bandaya nəzarət edilib. Saxlanılan şəxslər prokurorluğa təhvil verilib, cinayət işi açılıb.