Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çin ABŞ-yə qarşı iqtisadi tədbirləri davam etdirəcək?
Çin ABŞ-nin proteksionizminə qarşı iqtisadi tədbirləri davam etdirəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik ABŞ-ni tariflərdən silah kimi istifadə etməyi dayandırmağa çağırıb. Qeyd olunur ki, bu rüsumlar Çin xalqının qanuni inkişaf hüququna qarşıdır.
"Çin öz suverenliyini, təhlükəsizliyini və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüb və görməyə davam edəcək", - nazirlikdən bildirilib.
Öz növbəsində, Honkonq hökuməti şəhərin azad və açıq statusunu saxlamaq istəyi ilə əlaqədar Vaşinqtonun Çin mallarına, o cümlədən Honkonq məhsullarına tariflər tətbiq etməsindən sonra cavab tədbirləri görməyi planlaşdırmır.
Qeyd olunur ki, Honkonq ABŞ-nin tətbiq etdiyi tariflərə qəti şəkildə qarşıdır və riskin azaldılması mexanizmini nəzərdən keçirir.
"ABŞ-Çin münasibətləri" teqi üzrə xəbərlər
- Neftin qiyməti 50 dollaradək enə bilərmi?
- ABŞ-nin tarif razılaşmaları ticarət sistemini təhlükə altına qoya bilər
- Pentaqon: "Ukraynada eskalasiya ABŞ-Rusiya müharibəsi ilə nəticələnə bilər"
- ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq
- Tramp Çinə qarşı tətbiq etdiyi tarifləri azaldacaq?