Çinin şərqindəki Çjetszyan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər isə itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət Çanqsinq bölgəsində qeydə alınıb. İlkin araşdırmalar göstərib ki, sürüşməyə şiddətli yağışdan sonra yaranan qəfil sel səbəb olub. Agentlik axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.
Qaynar xətt:
(055) 224 12 12