Göyçay şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, 31 yaşlı Mansur Babazadənin idarə etdiyi VAZ-2107 markalı, 10-OP-706 dövlət nömrə nişanlı avtomobillə 34 yaşlı Tural İbrahimovun idarə etdiyi VAZ-2105 markalı, 23-BB-244 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Toqquşan avtomobillər daha sonra yol kənarında dayanmış "Hyundai" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində T.İbrahimov və onun üç sərnişini xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.