Çinin Sintszyan-Uyğur muxtar vilayətində 5.1 bal gücündə zəlzələ baş verib.
Oxu.Az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkəsi Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar bu gün Pekin vaxtı ilə saat 12:12-də (Bakı vaxtı ilə saat 08:12 - red.) qeydə alınıb.
Qeyd olunur ki, seysmik hadisənin episentri 15 km dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat verilməyib.