Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çinlə Qazaxıstanın sərhədində zəlzələ baş verib
Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Karamay şəhərindən 181 km şimal-qərbdə 5 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialından məlumat verilib.
Zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 20 km, Alakol gölündən (Qazaxıstan) 38 km şərqdə yerləşib.
Episentrdə təkanların intensivliyi MSK-64 şkalası üzrə 6.4 bal təşkil edib.
"Çin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar