Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Crocus City Hall"dakı terror aktında əli olan şəxs QAÇMAĞA CƏHD EDİB
Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında törədilən terror aktı icraçılarına silah tədarük etməkdə ittiham olunan İnquşetiya sakini Cəbrail Auşev hüquq-mühafizə orqanlarından qaçmağa çalışıb və yalnız axtarışa verildikdən sonra saxlanılıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə iş materiallarında qeyd olunub.
Bildirilir ki, bu cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsində Rusiya Cinayət Məcəlləsinin "insan ölümünə səbəb olan terror aktı" maddəsi ilə "Crocus City Hall" konsert zalında terror aktının törədilməsi faktı üzrə açılıb.
"Bu cinayət işi ilə bir istehsalatda bir neçə cinayət işi birləşdirilib. 2024-cü il aprelin 19-da ittiham olunan C.M.Auşev axtarışa verilib. 2024-cü il iyunun 19-da o saxlanılıb və həmin gün ona Rusiya Cinayət Məcəlləsinin 222-ci maddəsinin üçüncü hissəsinin "a" bəndi və beşinci hissəsinin "a" bəndi (qabaqcadan əlbir olan şəxslər tərəfindən odlu silahın qanunsuz əldə edilməsi və satışı) ilə cinayətlərdə ittiham irəli sürülüb", - deyə işdəki sənədlərdən birində qeyd olunub.
Auşevlə bağlı bu cinayət işində İnquşetiya əsilli digər şəxs - Hüseyn Medovun da adı keçir.
Bundan başqa, axtarışda olan Xavaj-Baqaudin Əliyev və Batır Kulayev də ittiham olunanlar sırasındadır. İstintaqın versiyasına görə, bu dörd nəfər terror aktının icraçılarına silah əldə etməkdə kömək edib.
"Crocus City Hall" teqi üzrə xəbərlər
- Emin Ağalarov "Crocus City Hall"da baş verən terror aktından dəymiş ziyanı AÇIQLADI
- "Crocus City Hall"un sahibi terror aktı üzrə məhkəmə işində zərərçəkmiş kimi tanındı
- Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir
- Siyasət xəritəsi: Dünya 2024-cü ili hansı hadisələrlə xatırlayacaq?
- 2024-cü ildə yadda qalanlar: Trampın dönüşü, Əsədin gedişi