Dağıstan Respublikasının (DR) Hesab Palatası Azərbaycan Respublikasında DR-nin daimi nümayəndəliyində yoxlama keçirib.
Oxu.Az “Moskovski komsomoles”ə istinadən xəbər verir ki, yoxlamalar 2009-2014-cü illəri əhatə edib.
Yoxlama tədbirləri zamanı dövlət vətəndaş xidməti haqqında cari qanunvericilikdə kobud səhvlər aşkar edilib.
Əsasən, nümayəndəliyin ştatında Azərbaycan vətəndaşları olub, onlara Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məvacibdən əsassız köçürmələrin edilməsi üzə çıxarılıb.
DR-nın “Dağıstan Respublikası dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunun tələbləri pozulub, nümayəndəliyin mülkiyyəti olan “Mercedes-Benz” avtomobili 2013-cü ildə, “Dağıstan Respublikasının dövlət mülkiyyətinin satışları üzrə Fond”dan yan keçərək bazar dəyərindən dörd dəfə ucuz satılıb.
“Malların sifarişinin yerləşdirilməsi, dövlət və bələdiyyə tələblərinə görə işlərin görülməsi və xidmətlərə” dair Federal qanun və bundan başqa, “Dağıstan Respublikasının dövlət orqanları üçün xidməti minik avtomobilinin alınması üçün xərclərə dair normativlərə” dair Qərarın da pozulması aşkar edilib. Bununla yanaşı, minik avtomobili alınarkən kassa əməliyyatlarının gedişatı pozulub.
DR Hesab Palatasının yoxlama tədbirlərinin nəticələri barədə məlumat Dağıstan Respublikası prezidentinə, eləcə də hüquq-mühafizə orqanlarına göndərilib.