Dağıstanda helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Dağıstanın səhiyyə naziri Yaroslav Qlazov bildirib.
Məlumata görə, KEMZ helikopteri Açi-su yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.
Helikopterdə olan digər 3 nəfərin ağır yaralandığı bildirilir.