Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avstraliyanın XİN rəhbəri Azərbaycana təşəkkür edib
Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla avstraliyalı həmkarı Penni Vonq arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.
Nazirlər həmçinin qarşılıqlı maraqdoğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.
Avstraliya hökuməti təhlükəsizlik səbəbindən Tehrandakı səfirliyini Azərbaycana köçürmək qərarını verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Avstraliyanın xarici işlər naziri Penni Vonq açıqlama verib.
O bildirib ki, İsrail-İran münaqişəsi səbəbindən diplomatların və ailələrinin təhlükəsizliyini təmin etmək üçün belə bir qərar verilib.
Vonq qeyd edib ki, vətəndaşlarının təxliyəsinə dəstək göstərmək üçün Avstraliya hökuməti Azərbaycana böhran qrupu göndərəcək.
Qeyd edək ki, bundan əvvəl Macarıstan və Bolqarıstan səfirliklərini Azərbaycana köçürüb.
"İran-İsrail münaqişəsi" teqi üzrə xəbərlər
- Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
- İranın uranı, İsrailin planı, Trampın sülh imtahanı
- Qırğızıstan prezidenti: "İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır"
- ABŞ-İsrail–İran müharibəsinin nəticələri: Nüvə danışıqları tarixə qovuşdu?
- Ayətullah Amulinin qulağıma dediyi o sirli söz nə idi, İsrail nə edib?