Hindistanda keçirilən Gotmar Mela festivalında 462 nəfər xəsarət alıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu ənənə yüz illərdir ki davam edir. Pandxurna və Savarqaon kəndlərinin sakinləri, hər il onları ayıran Caan çayının sahillərinə çıxaraq bir-birlərini daşa tuturlar.
Bu il tədbir kütləvi iğtişaşlara keçib. İştirakçılar polis və təcili yardım maşınları dağıdıblar. Polis gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.
E.C.
www.oxu.az