Bazar günü Moskvada saxlanılan məşhur stritreyser Erik “Davidıç” Kituaşvili İnquşetiya prezidentinə sui-qəsddə şübhəli bilinir.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Sergey Jorintvit yazıb.
İrəli sürülən ittihamların mahiyyətini açıqlamayan vəkil, Kituaşvilinin həbsi barədə məsələnin baxıldığı Tver məhkəməsinə gedən yolda onu YPX əməkdaşı saxladığını qeyd edib.
Bundan başqa, KİV məhkəmə binasına Smotra.ru-nun yaradıcısının yüzlərlə pərəstişkarı gəlib, onlar bu şəkildə ona dəstək olmağa çalışıblar.
Davidıç Moskva yollarında öz epataj davranışı ilə məşhurdur. Keçən ilin sonunda o, internetə YPX əməkdaşlarının ünvanına korrupsiya ittihamlarının yer aldığı bir neçə video yerləşdirib.
2014-cü ilin payızında Kituaşvili öz tərəfdaşları ilə Podmoskovyada sürücüləri öldürən GTA bandasının “ovuna” çıxıb. Aksiyanın əvvəlcədən KİV tərəfindən reklam edildiyini nəzərə alaraq cinayətkarları tutmaq mümkün olmadı.
09:56
“Smotra.ru” avtomobil cəmiyyətinin təsisçisi Erik Kituaşvili bu gün Moskvada saxlanılıb.
Oxu.Az lifenwes-a istinadən xəbər verir ki, onun vəkili Sergey Jorinin sözlərinə görə, Kituaşvilini polis bölməsinə aparıblar, onunla hələlik əlaqə qurmaq mümkün olmayıb.
“Dünən axşam onunla bərabər “Uryuk” restoranında şam edirdik, ayrılanda hər şey normal idi. Bu gün isə o, zənglərə cavab vermir”, - vəkil deyib.
Onun sözlərinə görə, Kituaşvilini “Fırıldaqçılıq” maddəsi ilə saxlaya bilərlər, bu yalnız Jorinin ehtimalıdır, rəsmi təsdiq hələlik yoxdur.
Xatırladaq ki, bu yaxınlarda avtomobil cəmiyyətinin lideri YPX-də korrupsiya haqqında film çəkib. “Davidıça ov. Şəxsi heç nə yoxdur” filmi şəbəkədə dekabrın 21-də yerləşdirilib bir sutka ərzində filmə 1,5 milyon nəfər baxıb.
E.Ə.