OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin “dondurulması” ilə bağlı razılığa gəlməyiblər.
Oxu.Az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, eyni formatda növbəti görüş cari ilin iyununda keçiriləcək.
Fevralın 17-də Dohada Qətər Dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasında görüş baş tutub. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə “dondurulması” ilə bağlı təklif irəli sürüb və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.