Bu gün Bakı vaxtı ilə 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 41,36 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 38,53 dollar təşkil edib.
Qeyd edək ki, şənbə səhər saatlarında, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 43,10 və 40,36 dollar təşkil etmişdi.
Ülviyyə R. Əli
www.oxu.az