"ABŞ 9 İran hərbi-dəniz gəmisini məhv edərək batırıb".
Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Az əvvəl mənə məlumat verildi ki, biz doqquz İran hərbi-dəniz gəmisini zərərsizləşdirərək batırmışıq", - deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, batırılan gəmilərdən bəziləri nisbətən iri olub və mühüm əhəmiyyət daşıyıb.
"Qalanlarını təqib edirik - tezliklə onlar da dənizin dibində olacaq", - deyə ABŞ prezidenti əlavə edib.
Bundan başqa, Tramp ayrıca zərbə nəticəsində İranın hərbi-dəniz qüvvələrinin qərargahının ciddi şəkildə dağıdıldığını da açıqlayıb.