İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, silahlı qüvvələrin elit bölməsi) nümayəndəsi Hüseyn Mohebi Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın SEPAH ilə ABŞ arasında qeyri-rəsmi əlaqə kanallarının mövcudluğu barədə iddialarını təkzib edib.
Oxu.Az xəbər verir ki, o, "Tasnim" agentliyinə açıqlamasında bildirib ki, hazırda SEPAH rəsmiləri ilə amerikalılar arasında heç bir müzakirə aparılmır.
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Vaşinqtonun SEPAH rəhbərliyi ilə əlaqə saxladığını bəyan etmişdi.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə qeyri-rəsmi kanallar vasitəsilə təmasları davam etdirir.
Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə "Fox News" telekanalına verdiyi müsahibə zamanı danışıb.
Tramp həmçinin bildirib ki, Ağ Ev İranla razılığa gəlmək üçün tələsmir.