Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Donald Tramp: "İran cavab addımı atarsa, ABŞ İsraili müdafiə edəcək"
ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı zərbələrindən əvvəl bu əməliyyatdan xəbərdar olduğunu, lakin Vaşinqtonun bu hücumda birbaşa iştirak etmədiyini bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə deyib.
Tramp qeyd edib ki, Vaşinqton Tehranın mümkün cavab zərbəsini gözləyir və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı - CENTCOM yüksək hazırlıq rejiminə keçirilib.
"Əgər İran cavab addımı atarsa, ABŞ həm özünü, həm də İsraili müdafiə edəcək", - deyə o vurğulayıb.
Prezident bildirib ki, İranın nüvə silahı əldə etməsinə yol vermək olmaz və ABŞ danışıqlar masasına qayıtmaq ümidi ilə vəziyyəti izləyir:
"Ümid edirik ki, danışıqlar bərpa olunacaq. Gözləyək, görək nə baş verir".

"İsrailin İrana hücumu" teqi üzrə xəbərlər
- İsrailin hücumundan sonra İranda 50 nəfərə cinayət işi açılıb
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
- Aleksandr Kurenkov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
- Tehranın ABŞ istehsalı bomba ilə vurulma görüntüləri - ANBAAN VİDEO