Birləşmiş Krallıq ABŞ Prezidenti Donald Trampın rəsmi səfərinə diqqətlə hazırlaşıb
Oxu.Az-ın "The New York Times" nəşrinə istinadən verdiyi xəbərə görə, Tramp və Kral III Çarlz görüşdən sonra bir-birlərinə hədiyyələr veriblər.
Kral III Çarlz ABŞ prezidentinə Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünə həsr olunmuş dəri cildli kitabı, həmçinin Trampın ikinci andiçmə mərasimi günü Bukingem sarayının üzərində dalğalanan Britaniya bayrağını hədiyyə edib.
Melaniya Trampa isə Şimali İrlandiyadan olan rəssam Kara Mörfinin hazırladığı gümüş minalı qab və Anya Hindmarç tərəfindən hazırlanmış əl çantası hədiyyə olunub.
Tramp krala prezident Eyzenhauerin İkinci Dünya Müharibəsi zamanı ABŞ və Böyük Britaniya arasında müttəfiqliyi simvolizə edən qılıncın surətini hədiyyə edib.
Donald və Melaniya Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşündən əvvəl Vindzor qəsrində gecələyəcəklər.
Məlumata görə, qulluqçular qonaqlar üçün incə Misir pambıq kətanları hazırlayıblar, lakin Tramp kral mələfələrində yatmaqdan imtina edib. Onun köməkçiləri ABŞ-dən gətirilən mələfələr veriblər.
ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Böyük Britaniyanın kralı III Çarlz ilə görüşmək üçün Vindzor qalasına yollanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Fox News" telekanalı xəbər verib.
Tramp cütlüyünü helikopter meydançasında Uels şahzadəsi Uilyam və xanımı, Uels şahzadəsi Keyt Middlton, daha sonra isə Britaniya monarxının özü və xanımı, Kraliça Kamilla qarşılayıblar.
III Çarlz Donald Tramp və xanımı Melaniyanı Vindzor qalasında 17 və 18 sentyabr tarixlərində qəbul edəcək. Bu gün isə orada təntənəli şəraitdə ziyafət təşkil olunacaq.