Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bir neçə dron İranın Rəşt şəhərinin ətrafına hücum edib
İranın Rəşt şəhərinin ətraf ərazilərinə dron hücumları qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi Gilan vilayəti valisinin müavininə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin vaxtında müdaxiləsi nəticəsində hücum uğurla dəf edilib və bütün dronlar məhv edilib.
Dronların hansı istiqamətdən göndərildiyi barədə məlumat verilmir.
İranın hava hücumundan müdafiə sistemləri Tehran, Həmədan və Şiraz şəhərlərində aktivləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Dövlət Teleradio Şirkəti məlumat verib.
İsrail İranın şimalındakı Babol və Babolser şəhərlərinin ətrafına zərbələr endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ISNA agentliyi məlumat yayıb.
İsrailin "Kan-11" televiziya kanalı İsrail Hərbi Hava Qüvvələrinin İranın atəşkəsin qaydalarını pozmasına cavab olaraq Tehranın şimalındakı radar stansiyasına hücum etdiyini qeyd edib.
Öz növbəsində, İsrail hakimiyyəti rəsmi olaraq Tehran yaxınlığında İranın radar obyektinə zərbələr endirdiklərini təsdiqləyib.
Bəyanatda deyilir ki, hücum lokal xarakterli olub.
"Bununla da İsrail atəşkəs rejiminin pozulmasına cavab verərək hücumlarını yekunlaşdırıb", - deyə İsrail tərəfinin məlumatında qeyd olunur.
"İsrail İran ərazisində yerləşən bir neçə obyektə zərbələr endirib. Tehran bu hücumu təcavüz kimi qiymətləndirərək cavab vermək hüququnu özündə saxlayır".
Oxu.Az-ın İranın dövlət televiziya və radio şirkətinə istinadla verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya qərargahı məlumat yayıb.
"Sionist rejim (burada İsrail nəzərdə tutulur - red.) bu gün səhər saat 09:00-dək (Bakı vaxtı ilə 09:30) İran ərazisində yerləşən obyektlərə üç mərhələdə hücumlar həyata keçirib", - deyə qərargahın bəyanatında bildirilib.
İsrail iyunun 24-də Tehran vilayətində 12 hədəfə hücum edib, zərbələrin əksəriyyəti yaşayış məntəqələrinə düşüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tehran vilayətinin qubernatoru Məhəmməd Sadiq Mötəmediyan məlumat verib.
Qeyd olunur ki, ümumilikdə, İsrailin Tehran vilayətinə endirdiyi zərbələr nəticəsində 120 yaşayış binası tamamilə dağılıb, 500 nəfərə ciddi ziyan dəyib.
İsrailin İranın Gilan əyalətinə hücumu nəticəsində azı doqquz nəfər ölüb.
Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, məlumatı əyalətin hökumət qurumları da təsdiqləyib.
Hücum nəticəsində 33 nəfərin xəsarət aldığı bildirilir.

"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi