ABŞ iyunun 24-də Türkiyədə keçirilmiş prezident seçkilərində türk xalqının Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləməsi seçiminə hörmətlə yanaşır.
Oxu.Az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin adını açıqlamayan nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ərdoğanla birgə həll olunan məsələlərdə birgə konstruktiv fəaliyyətlər gözləyir.
“Biz seçilmiş bütün türk nümayəndələrini, o cümlədən prezident Ərdoğanı türk seçicilərin müxtəlif baxışlarını əks etdirməyə, eləcə də, Türkiyədə demokratiyanın gücləndirilməsinə çağırırıq”, - məlumatda bildirilib.