Silahlı münaqişələr ucbatından məcburi köçkünlərin sayı 2014-cü ildə 38 milyona çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Xəbər Mərkəzi, Qaçqınlar üzrə BMT-nin Ali İdarə komissarının tərəfdaşı olan Qaçqınlar üzrə Norveç şurasının hesabatına istinadən bildirib.
Mərkəzin məlumatına əsasən daxildə köçürülən şəxslərin sayı 11 milyon artıb, buna səbəb isə dünyada davam edən və yeni meydana gələn silahlı münaqişələrdir, bu münaqişələr son 10 il ərzində olan göstəriciləri artırıb. Bu isə keçən ildə münaqişələr ucbatından və zorakılıq təhlükəsindən hər gün 30 min insanın öz evini tərk etmək məcburiyyətində qalması deməkdir.
Daha gərgin vəziyyətdə olan ölkələrin ilk beşliyinə İraq, Suriya, Sudan, Kolumbiya və Konqo Demokratik Respublikası daxildir.
“İndi çox təhlükəli trend meydana gəlib – milli problemlər daha çox regional problemlərə çevrilir. Bu, domino effektidir... Belə davam edə bilməz, biz ümid edirik ki, bu hesabat zəif əhalinin müdafiəsi üzrə milli və regional tədbirlərin yaxşılaşdırılmasına gətirib çıxaracaq”, -Qaçqınlar üzrə Norveç şurasının baş katibi Yan Egeland bildirib.