Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyada kriptovalyuta sahibləri oğurlanır, işgəncələrə məruz qalırlar
Dünyanın müxtəlif ölkələrində kriptovalyuta sahiblərinə hücumlar intensivləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Cinayətkarlar əsasən rəqəmsal aktivlərin öz hesablarına köçürülməsini tələb edirlər.
Mənbə yazır ki, qurbanlar arasında həm investorlar, həm də kripto-şirkətlərinin rəhbərləri və onların ailə üzvləri var. Buna nümunə olaraq Fransada maskalı şəxslərin "Paymium" kriptovalyuta birjasının rəhbərinin qızının və nəvəsinin oğurlanmağa cəhd edilməsi göstərilir.
Nəşr qeyd edir ki, bu cür cinayətlər getdikcə daha çox mütəşəkkil xarakter alır - cinayətkarlar şifrələnmiş mesencerlərdən istifadə və əvvəlcədən planlaşdırılan sxemlər üzrə hərəkət edirlər.
Qurbanlar arasında ABŞ, Fransa və Avstraliyadan olan bloqer və investorlar da var. Oğurlanan kriptovalyuta sahibləri arasında döyülənlər, hətta işgəncələrə məruz qalanlar var.
"Kriptovalyuta" teqi üzrə xəbərlər
- Trampın oğulları "Bitcoin"ə dair proqnoz veriblər
- Fransa polisi kriptovalyuta sahiblərinin doğmalarını girov götürən şəxsləri saxlayıb
- Trampın qonaqlığına qatılan investorlar məyus oldular: "Yeməklər təyyarədə veriləndən daha pis idi"
- ABŞ bankları öz kriptovalyutasını yaradır - yeni "stablecoin" gəlir
- Qazaxıstan kriptovalyutanı qanuniləşdirəcək