Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
 (1):1200.jpg)
Dünyada neçə nəfər meymunçiçəyinə yoluxub?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı son məlumatları paylaşıb.
Qeyd edilir ki, 23 ölkədən ÜST mərkəzinə bildirilmiş hallardan 257-si təsdiqlənib, 120 şübhəli hal araşdırılıb, virusdan ölüm qeydə alınmayıb.
Vurğulanıb ki, virusun təqibi genişləndikcə endemik və qeyri-endemik ölkələrdə yoluxma hallarının sayının artması ehtimalı var.
ÜST-ə üzv ölkələr meymunçiçəyi virusuna yoluxma riski yüksək olan insanlara dəqiq məlumat verməyə, risk qrupları arasında virusun daha da yayılmasının qarşısını almağa və virusla mübarizə sahəsində çalışan tibb işçilərini qorumağa çağırılıb.
Meymunçiçəyi xəstəliyinin ən çox görüldüyü Böyük Britaniyada 106, Portuqaliyada 49, Kanadada 26, İspaniyada 20, Niderlandda 12 və ABŞ-da 10 yoluxma hadisəsinə rast gəlinib.
Avstriya, Belçika, Fransa, Finlandiya, İsveçrə, İsrail, İtaliya, Avstraliya və virusun müşahidə olunduğu digər ölkələrdə yoluxma sayı 10-dan aşağıdır.
Mənbə: TRT Haber
"Avstraliya" teqi üzrə xəbərlər
- Təyyarədə dəhşət: Avstraliyalı cütlük saatlarla meyitlə uçmaq məcburiyyətində qaldı
- Avstraliya sahillərində 11 il əvvəl itən təyyarənin axtarışlarına başlanılıb
- Tasmaniyada 150-dən çox qara balina sahilə çıxdı: 14-ü TƏLƏF OLDU
- Həyətində 102 zəhərli ilan tapan kişi gözlərinə inanmadı
- Avropanı Rusiyaya asılılıqdan qurtarmaq üçün mühüm tədarük