Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyanın ən nəhəng timsahı öldü
"Kassius" ləqəbli dünyanın ən nəhəng timsahı Avstraliyada yerləşən təbiət qoruğunda ölüb.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Ehtimal edilir ki, timsahın 110 yaşı olub, baxmayaraq ki, heç kim onun dəqiq yaşını müəyyən edə bilməyib.
Timsah təxminən 5.5 metr uzunluğunda və təxminən bir ton ağırlığa malik olub. Onun qoruq ərazisində yaşamasını ilk dəfə 1987-ci ildə qeydə alıblar.
"Kassius" 2011-ci ildə ölçüsünə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
"Ginnesin Rekordlar Kitabı" teqi üzrə xəbərlər
- Braziliyalı cütlük ən uzun evlilik üzrə rekord vurdu
- Türkiyədə 1 301 çeşid dondurma ilə dünya rekordu: Balıqlı, kələmli, fındıqlı...
- Dünyanın ən yaşlı insanı müəyyən edildi
- Dubayda dünyanın ən böyük qızıl külçəsi təqdim olunub
- Filippində xoruz formasında tikilən hotel Ginnesin Rekordlar Kitabına düşdü
Ən çox oxunanlar