Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İngiltərədə şəhərin küçəsi satışa çıxarıldı: Sakinlər narazıdırlar
İngiltərədə şəhər sakinləri küçələrinin satışa çıxarıldığını öyrəniblər və indi köçməli olacaqlarından qorxurlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Metro" qəzeti yazır.
Məlumata görə, Şarpnessdəki küçələrdən biri təxminən 1.5 milyon funt sterlinqlə satışa çıxarılıb.
Satış paketinə on iki taunhaus, səkkiz yarımtikili və iki fərdi yaşayış evi, həmçinin iki qarışıq tikili, birmərtəbəli emalatxana və üç qaraj daxildir.
"Bu, nadir və toxunulmaz bir küçədir", - elanda deyilir.
Satıcı insanların yaşayış şəraitinin dəyişməyəcəyinə zəmanət versə də, kirayəçilər mümkün qiymət artımı və evlərini itirmək riski ilə bağlı qorxularını bildirirlər.
Rəylər