Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Durov həbs edildikdən sonra Makrona yaxın milyarderlə əlaqə saxlamağı xahiş edib
"Telegram"ın qurucusu Pavel Durov avqustun 24-də həbs edildikdən sonra fransalı milyarder Ksavye Nilin bu barədə məlumatlandırılmasını istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə "AFP" mənbələrə istinadən yazır. Bu məlumatı "BFMTV" də təsdiqləyib.
"Forbes"in məlumatına görə, Nilin sərvəti 10.5 milyard dollara çatır. O, "Monaco Telecom", "Orange Switzerland" və "Iliad" şirkətlərinin sahibidir, həmçinin Britaniya "Vodafone" şirkətində paya malikdir. Nil həm də "Le Monde" qəzetinin ortaq sahibidir və Fransa Prezidenti Emmanuel Makronla yaxın münasibətlərə sahibdir.
Qeyd olunur ki, təqsirləndirilən şəxs saxlandıqdan sonra vəkilindən kömək istəyə, həkimə müraciət edə və ya xüsusilə etibarlı şəxsə həbs barədə məlumat verə bilər. Durov belə bir etibarlı şəxs kimi Nili seçib. Məlumata görə, "Telegram"ın təsisçisi həbs edildikdən sonra onun ilk zəng etdiyi şəxs Nil olub, lakin onların danışa bilib-bilmədiyi məlum deyil. Nilin ətrafı məlumatı şərh etməyib.
Durov həbsdə olarkən polisə Makronla əlaqələrini, o cümlədən 2018-ci ildə birlikdə şam yeməyi yediklərini bildirib və Fransa vətəndaşlığının verilməsi məsələsini müzakirə etdiklərini qeyd edib.
"Pavel Durov" teqi üzrə xəbərlər
- Pavel Durovun sevgilisi Dubayda adi gününün necə keçdiyini göstərdi
- "Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni videoyayım funksiyası gəlir
- Rəsmi Bakıdan Pavel Durov və Kemi Sebanın həbsinə münasibət
- İlon Mask Pavel Durovun "X" hesabına abunə olub
- Bu xəbərləri qaçırmayın: 07.10.2024-ün ən mühüm hadisələri
Rəylər