Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Eboladan ölənlər artır - FOTO
Ən son məlumata görə 6,500 adam virus daşıyıcısıdır və bu rəqəm artaraq 20 minə çata bilər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ən çətin vəziyyət Liberiyada müşahidə olunur. Bu ölkədə xəstəlikdən 1,830 adamın öldüyü qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı nın hesabatına görə, son həftə ərzində yoluxma halları Qvineyada da aşkar olunub.
Epidemiya onsuz da zəif olan bölgə səhiyyə xidmətlərini sınağa çəkmiş olub.
Amerika prezidenti Barack Obama Ebola epidemiyasını “dünya təhlükəsizliyinə hədə” adlandırıb.
ABŞ xəstəliklə mübarizəyə 3 min hərbçinin göndəriləcəyini bildirib.
Otən həftə sonu Syerra-Leonedə epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə 3 günlük karantin elan edilib.
Çərşənbə günü isə karantin rejimi ölkənin daha 3 ayəltinə genişləndirilib.
Bu müddət ərzində milyondan artıq evdə keçirilən təftiş nəticəsində 130 yeni xəstə aşkar olunub.
Syerra-Leoneda bu ilin mart ayından bəri Ebola qızdırmasından 600 adam ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı Nigeriya və Seneqalda son iki həftə arzində yeni xəstəlik və ölüm hallarının qeydə alınmadığını bildirir.
Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.
İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.
Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.
“Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə verib.
Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili injeksiya yolu ilə maye daxil edilir. ABŞ dərman şirkəti tərəfindən inkişaf etdirilən “Zmapp” vaksinləri artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan istifadə pulsuzdur.
Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə vəziyyət elan edib.
"Nigeriya" teqi üzrə xəbərlər
- Nigeriyada kilsə izdihamı: Azı 10 nəfər ölüb
- COP29-da Nigeriya: "Biz ölçüləbilən tərəqqiyə nail olmalıyıq"
- Nigeriyada etirazlarda iştiraka görə 29 uşaq edam edilə bilər
- Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
- Nigeriyada tankerin partlaması nəticəsində ölənlərin sayı 140-a çatıb
Rəylər