Məşhur amerikalı hakim Frenk Kaprio 88 yaşında mədəaltı vəzi xərçəngi ilə uzun mübarizədən sonra vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə NBC telekanalı onun oğluna istinadən xəbər verib.
Kaprio 1985-ci ildən Rod-Aylend ştatının Providens şəhər məhkəməsinin hakimi vəzifəsində çalışıb.
O, "Providensdə tutulmuşlar" adlı televiziya şousu sayəsində geniş şöhrət qazanıb. 2021-ci ildə serial "Emmy" mükafatına namizəd olub.
Humanizmi ilə tanınan hakim Kaprio öz qərarları sayəsində ABŞ-də ən sevimli simalardan birinə çevrilib.