Əfqanıstanda “Taliban” hərəkatının üzvləri Axtar Məhəmməd Mənsuru özlərinə yeni lider seçiblər.
Oxu.Az xəbərinə görə, bu barədə Reuters hərəkatın iki yerli komandirinə istinadən məlumat verir.
Hərəkat üzvü olan komandirlərdən biri bildirib ki, müvafiq qərar iyulun 29-da axşam saatlarında Kvetta Şurasının toplantısında yekdillikdə qəbul olunub. Onun sözlərinə görə, Şura yaxın günlərdə bununla bağlı bəyanat verəcək.