Əfqanıstanın şimal-şərqində yerləşən Badahşan əyalətində naməlum silahlı şəxslər nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Oxu.Az xəbər verir ki, əyalətin şura başçısı Abdullah Nacinin Khaama Press agentliyinə verdiyi məlumata görə, hücum gecə yarısı Vardoj qəzasında törədilib.
Hücum zamanı ən azı 17 əsgər həlak olub. Daha 20 əsgər isə hadisədən sonra itkin düşmüş hesab olunur.
Hələlik baş verənlərə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.