Əfqanıstanın Paktika şəhərində Taliban yaraqlıları hərbi hissəyə hücum edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, xarici KİV-in verdiyi məlumata görə, hərbçilərlə terrorçular arasında baş verən qarşıdurmada 49 yaraqlı və 5 əsgər ölüb.
Əfqanıstan Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, hərbi hissəyə təxminən 500 Taliban yaraqlısı hücum edib. Ölən və yaralananlardan başqa bir əsgər əsir düşüb, 26 nəfər terrorçu isə həbs edilib.