Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əfqanıstanda "TikTok" istifadəçilərinin həbsinə başlanılıb
Əfqanıstanda qeyri-qanuni fəaliyyətdə ittiham olunan sosial media və oyun platforması istifadəçilərinin həbslərinə başlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Khaama press" portalı nəşri yazıb.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdən "qeyri-etik və qeyri-qanuni məqsədlər üçün" istifadənin hüquqi nəticələri barədə müvafiq qurumlar tərəfindən xəbərdarlıq edilmişdi. Söhbət "gəncləri çaşdırdığı və əxlaqlarını korladığı" üçün 2023-cü ildən Əfqanıstanda qadağan edilmiş "TikTok" və "PUBG"dən gedir.
Belə ki, müvafiq qurumun mətbuat katibi Saif Ul-İslam Hayber iki "TikTok" istifadəçisinin hərəkətlərinə görə peşmançılıqlarını kamera qarşısında dilə gətirdikləri videoları dərc edib. Çıxış edənlərdən biri həbs edilən tanınmış bloqer Harun Pakora olub. O etiraf edib ki, həbs olunması sosial şəbəkədə qadınlarla ünsiyyəti ilə əlaqədardır və qadın istifadəçiləri onun canlı yayımlarına qoşulmamağa çağırıb.
Digər tiktoker Şir Əli Mobarezin saxlanıldığı barədə də məlumat var. Bloqer sosial şəbəkələrdə nalayiq davranışda ittiham olunur.
"Əfqanıstan" teqi üzrə xəbərlər
- Əfqanıstan və Pakistan sərhədində atışma: Ölənlər var
- Kabil susuz qalan ilk şəhər ola bilər
- Əfqanıstanda sosial şəbəkələrdə və mətbuatda insan və heyvan şəkillərinin dərci qadağan edilib
- Qərbi Avropada son 70 ildə ən böyük difteriya epidemiyasının səbəbi məlum oldu
- Hikmət Hacıyev Əfqanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilini qəbul edib