Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əfqanıstanda törədilən partlayış nəticəsində "Taliban" hökumətinin naziri ölüb
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində "Taliban" hökumətinin qaçqınlar üzrə naziri Xəlil Rəhman Haqqani həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bildirilib ki, partlayış Qaçqınlar Nazirliyində baş verib və hadisə vaxtı Xəlil Rəhman Haqqani də orada olub.
Hələlik hadisəni təfərrüatı barədə məlumat verilmir.
Məlumat üçün əlavə edək ki, həyatını itirən Xəlil Rəhman Haqqani Əfqanıstanın daxili işlər naziri və "Taliban"ın ali lideri hesab olunan Heybətulla Axundzadənin "sağ əli" hesab olunan Siracəddin Haqqanin yaxın qohumudur.
"Taliban hərəkatı" teqi üzrə xəbərlər
- "Taliban"dan BMT işçilərinə qadağa - Saqqalını qırxan həbs ediləcək
- Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi
- 100 əfqanın həyatını xilas edən kanadalı veteran "Taliban"ın girovluğundan azad edildi
- ABŞ "Taliban" rəhbərlərinin tutulması üçün böyük mükafat elan edə bilər
- ABŞ və "Taliban" arasında məhbus mübadiləsi baş tutdu
Ən çox oxunanlar