Əfqanıstanda üç gürcü hərbçisi zərər çəkib.
Gürcüstan Müdafiə Nazirliyi bildirib ki, Baqrama bazasında gürcü hərbçiləri növbə çəkərkən terrorist-kamikadze özünü partladıb.
“Zərər çəkən hərbçilərin həyatı təhlükədə deyil. Onlar Baqrama bazasından hərbi hospitala köçürülüblər. Hərbçilər tibbi nəzarət altındadırlar və müvafiq tibbi müalicə alırlar”, - Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir, Oxu.Az xəbər verir.