Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Əfqanıstanda polis üzərində “şəhid kəməri” (partlayıcı qurğu) olan səkkiz yaşlı qızı saxlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qız özünü Gilmənd əyalətinin polis bölmələrindən birində partlatmaq istəyirmiş.
Şahidlər deyirlər ki, qız sadəcə minalanmış kəməri partladacaq düymənin öhdəsindən gələ bilməyib, buna görə də, onu zərərsizləşdirə biliblər.
Polis güman edir ki, qızı şəhid olmağa böyük qardaşı – taliblərin yüksək vəzifəli səhra komandirlərindən biri razı salıb.