Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ekofəal Qreta Tunberq cərimə olundu - YENİLƏNİB
Qreta Tunberq 1500 İsveç kronu (144 dollar) məbləğində cərimələnərək, həbs olunmayıb.
Bundan əlavə, Tunberq İsveç Cinayət Qurbanları Fonduna 1000 kron (100 dollar) ödəməli olacaq.
Xatırladaq ki, ekofəal 6 aya qədər həbs oluna da bilərdi.
14:12
İsveçli ekofəal Qreta Tunberq Malmödə nümayiş zamanı qaydaları pozduğuna görə mühakimə olunacaq.
Məlumata görə, o, altı aya qədər həbs oluna bilər.
İttihama görə, 20 yaşlı Tunberq nəqliyyatın hərəkətini pozan nümayişdə iştirak edib və polisin yoldan çıxmaq əmrinə tabe olmayıb.
Maksimum cəza altı aya qədər həbs ola bilər. Lakin prokuror Şarlotta Ottosen bildirib ki, adətən belə ittihamlarla üzləşən cinayətkarlara cərimələr verilir.
Qeyd edək ki, iyunun 19-da “Reclaim the Future” (“Gələcəyi bərpa et” - red.) təşkilatının bir qrup etirazçıları mədən yanacaqlarından istifadəyə etiraz olaraq İsveçin cənubundakı Malmö şəhərinin limanının girişini bağlamağa cəhd ediblər. Tunberq şəxsi “Instagram” hesabında - “Biz dayanmayacağıq. Gələcəyimizi geri qaytaracağıq”, - deyə yazıb.
Mənbə: Agence France-Presse (AFP)
Rəylər