“WikiLeaks”in təsisçisi Culian Assanj sığınacaq aldığı Ekvadorun Böyük Britaniyadakı səfirliyindən qovula bilər.
Oxu.Az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilir.
Məlumatda bildirilir ki, C. Assanj Ekvador prezidenti Lenin Morenonu onun müttəfiqləri barədə yazdığı “twit”lərlə qəzəbləndirib.
Hazırda ölkə C.Assanjın səfirliyin binasından çıxarılması ilə bağlı Böyük Britaniya ilə danışıqlar aparmaq üçün vasitəçi axtarır.
A.M.
www.oxu.az