Ekvadorda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 22 nəfər həlak olub.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rafael Korrea öz Twitter səhifəsində yazıb.
Müdafiə Nazirliyinin məlumatına görə, hadisə ölkənin şərqində yerləşən Pastasa əyalətində martın 15-də, saat 14:30-da (Bakı vaxtı ilə 23:30) baş verib.
“Arava” təyyarəsi Fatimə şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədə heyət və on desant əsgər olub.
“Orda sağ qalan yoxdur. Biz 22 əsgərimzii itirdik”, - yazan dövlət başçısı həlak olanların ailələrinə və orduya başsağlığı verib.