Rusiyanın İvanovo vilayətində əl qumbarası ilə silahlanan şəxs əvvəl bara, bir müddət sonra isə yanacaqdoldurma məntəqəsinə hücum edərək oranı qarət edib.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Hüquq-mühafizə orqanları 33 yaşlı şəxsi qar üzərində olan ayaq izləri sayəsində tapıb, məsuliyyətə cəlb edə biliblər.
Baş verən hadisənin görüntüsü təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Həmin görüntünü təqdim edirik.