Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropa çempionatında çıxış edəcək millimizin heyəti açıqlanıb
23 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.
Oxu.Az xəbər verir ki, yığmamızın heyətini Dünya Güləş Birliyinin (UWW) Mətbuat Xidməti açıqlayıb.
Albaniyanın paytaxtı Tiranada keçiriləcək yarışda ölkəmizi 28 pəhləvan təmsil edəcək.
Sərbəst güləş yığmamızda Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseni Cioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Əbdülcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) yer alıb.
Yunan-Roma güləşində xalçaya Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Balaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) çıxacaqlar.
Qadın millimizin heyətinə Əsmər Canqurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova (55 kq), Gültəkin Şirinova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq), Ruzanna Məmmədova (65 kq) və Zöhrə Kərimzadə daxil edilib.
Qeyd edək ki, çempionat martın 8-14-də keçiriləcək.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Avropa çempionu olan Azərbaycan güləşçilərini təbrik edib
- Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
- Güləşçilərimizdən Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
- Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
- Azərbaycanlı qadın güləşçi AVROPA ÇEMPİONU OLDU